Avqustun 29-da Bakıda 551 küçə dezinfeksiya edilib

Avqustun 29-da Bakıda 551 küçə dezinfeksiya edilib

Avqustun 29-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə artıq 11-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi kimyəvi maddələrin istifadə olunması ilə ümumilikdə 551 küçə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq gələcəkdə də davam etdiriləcək.

2020-08-29