“DOST” mərkəzləri bütün ölkədə fəaliyyət göstərəcək

“DOST” mərkəzləri bütün ölkədə fəaliyyət göstərəcək

Ölkəmizdə ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi martın axırları-aprelin əvvəllərində paytaxtın Yasamal rayonunda açılacaq.

Bu barədə AZƏRTAC-a mərkəzin mətbuat xidmətindən məlumat verərkən onu da bildiriblər ki, ilin sonuna qədər Bakıda daha üç mərkəzin açılması nəzərdə tutulub. Həmin “DOST” mərkəzləri paytaxtın Binəqədi, Nizami və Xəzər rayonlarında açılacaq.

Onu da qeyd edək ki, 2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” mərkəzinin açılması nəzərdə tutulur. Bunlardan 5-i Bakı, 2-i Sumqayıt, 2-i Gəncə şəhərində, qalanları isə ölkəmizin digər regionlarında fəaliyyət göstərəcək.

2019-02-21