Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub

Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.

Dövlətimizin başçısı Monqolustan Prezidentini qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra dövlət başçılarının görüşü oldu.

Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq və Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və “ASAN xidmət” təcrübəsinin bölüşülməsi ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

2018-09-24