Azərbaycanda koronavirus infeksiyasından 128 nəfər sağalıb, 139 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasından 128 nəfər sağalıb, 139 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 128 nəfər müalicə olunaraq sağalıb, 139 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 37 min 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib. Aktiv xəstə sayı 2040 nəfərdir.

Ötən müddət ərzində 973 min 838 test aparılıb. Bugünkü test sayı isə 6798-dir.

2020-09-08