Azərbaycanın xarici işlər naziri BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirak etmək üçün Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun sessiyanın yüksək səviyyəli seqmentində çıxış etməsi, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

2019-02-26