ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Təşkilatın ofisindən AZƏRTAC-a bildiriblər ki, müzakirələr təşkilatın Baş direktoru Səlim bin Məhəmməd Əl-Maliklə Azərbaycanın Mərakeşdəki səfiri Oqtay Qurbanovun görüşündə aparılıb.

Səlim bin Məhəmməd Əl-Malik təşkilata göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. O qeyd edib ki, “Əhatəli humanitar koalisiya” təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olan Azərbaycan yoxsul ölkələrə humanitar yardım göstərib.

Baş direktor qeyd edib ki, pandemiya dövründə 24 ölkəyə yardım göstərən ICESCO donor ölkələrlə, o cümlədən Azərbaycanla sıx əməkdaşlıq edir.

Görüşdə, həmçinin təhsilin inkişafı, süni intellekt layihələri, mədəniyyətlərarası dialoq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

2020-09-10