AZAL Moskva-Bakı reyslərində onlayn növbə sistemini tətbiq edir

AZAL Moskva-Bakı reyslərində onlayn növbə sistemini tətbiq edir

Sentyabrın 11-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcək.

Moskva-Bakı reysinə növbəyə yazılmaq üçün “WhatsApp” mesenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə geri əlaqə forması vasitəsilə müraciət etmək lazımdır:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120

2020-09-11