Metro ilə sərnişindaşımalar bərpa olunsa da, ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək

Metro ilə sərnişindaşımalar bərpa olunsa da, ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək

Bakı metropolitenində sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekspres xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən edilən qaydada sərnişinlərin xidmətində olacaq. Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun olaraq tənzimlənəcək. Ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək. Bu zaman vətəndaşlardan daxil olan müraciətlər də mütləq qayadada nəzərə alınacaq.

Qeyd edək ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə, sentyabrın 12-si saat 00:00-dan sentyabrın 14-ü saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

2020-09-11