Sentyabrın 12-də Bakıda 552 küçə dezinfeksiya edilib

Sentyabrın 12-də Bakıda 552 küçə dezinfeksiya edilib

Sentyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 12-ci dəfə dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi kimyəvi maddələrin istifadə olunması ilə ümumilikdə 552 küçə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

2020-09-12