Azərbaycanda koronavirus infeksiyasından 167 nəfər sağalıb, 135 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasından 167 nəfər sağalıb, 135 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 167 nəfər müalicə olunaraq sağalıb, 135 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib. Aktiv xəstə sayı 2006 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 2 min 727 test aparılıb. Bugünkü test sayı isə 7351-dir.

2020-09-12