Azərbaycanda koronavirus infeksiyasından 104 nəfər sağalıb, 76 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasından 104 nəfər sağalıb, 76 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 104 nəfər müalicə olunaraq sağalıb, 76 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1979 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 13 min 108 test aparılıb. Bugünkü test sayı isə 3630-dur.

2020-09-14