Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Gəncə şəhəri üzərində birgə uçuşlar keçirib

Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.
2020-09-15