Azərbaycanda koronavirus infeksiyasından 138 nəfər sağalıb, 114 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasından 138 nəfər sağalıb, 114 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 138 nəfər müalicə olunaraq sağalıb, 114 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib. Aktiv xəstə sayı 1953 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 20 min 29 test aparılıb. Bugünkü test sayı isə 6921-dir.

2020-09-15