Rusiya Xarici İşlər nazirinin müavini ABŞ-ın Rusiyadakı səfiri ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə edib

Rusiya Xarici İşlər nazirinin müavini ABŞ-ın Rusiyadakı səfiri ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə edib

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan ilə müzakirə edib.

AZƏRTAC Rusiya XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 17-də Amerika tərəfinin təşəbbüsü ilə RF Xarici İşlər nazirinin müavini A.Rudenko ilə ABŞ-ın Rusiyadakı səfiri C.Sallivan arasında telefon danışığı baş tutub.

Söhbət əsnasında Belarusdakı son hadisələrə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar vəziyyətə xüsusi diqqət yetirilib.

Mətbuat xidmətinin məlumatında deyilir: “Rusiya tərəfi daxili siyasi proseslərə hər hansı müdaxilənin, sabitliyi pozmaq və kənardan birtərəfli vasitəçilik xidmətlərini qəbul etdirmək cəhdlərinin yolverilməzliyini vurğulayıb. Belarusun siyasi sisteminin liberallaşdırılmasına yönəlmiş Konstitusiya islahatının keçirilməsi təşəbbüsünün, bu prosesə vətəndaş cəmiyyətinin, əmək kollektivlərinin və işgüzar dairələrin nümayəndələrinin cəlb edilməsinin perspektivliliyi qeyd olunub”.

2020-09-18