Azərbaycanın Xarici İşlər naziri Gürcüstana səfərə yola düşüb
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Səfər çərçivəsində Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
2020-09-24

