Azərbaycan parlamenti ölkədə hərbi vəziyyətin tətbiq olunması ilə bağlı qərar qəbul edib

Azərbaycan parlamenti ölkədə hərbi vəziyyətin tətbiq olunması ilə bağlı qərar qəbul edib

Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.

Müzakirələrdən sonra ölkədə hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.

2020-09-27