Anadolu agentliyi Ermənistanın hərbi təxribatları ilə bağlı infoqrafika və videoçarx yayımlayıb

Anadolu agentliyi Ermənistanın hərbi təxribatları ilə bağlı infoqrafika və videoçarx yayımlayıb

Türkiyənin Anadolu agentliyi Ermənistan silahlı qüvvələrinin davamlı olaraq həyata keçirdiyi hərbi təxribatlar nəticəsində sentyabrın 27-dən başlayaraq bölgədə yaranmış hərbi qarşıdurma ilə bağlı infoqrafika və videoçarx yayımlayıb.

AZƏRTAC xəbər verir ki, infoqrafika “Azərbaycan erməni hücumları qarşısında torpaqlarını işğaldan azad edir” sərlövhəsi ilə, videoçarx isə “Bu gün 60 saniyədə” bölməsində təqdim edilib. Hər iki materialda düşmənin Azərbaycan kəndlərinə hücumu, Azərbaycan Ordusunun mülki əhalini qorumaq cavab tədbirləri, Silahlı Qüvvələrimizin ilk zəfəri barədə məlumat verilir.

Materiallarda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın təxribatları ilə bağlı fikirləri, qonşu dövlətlərin prosesə münasibəti diqqətə çatdırılıb.

2020-09-28