Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib
![Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib](/uploads/news/5f71d33ab8336.jpg)
Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.
Həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağ atıcı alayının tərkibindədir.
2020-09-28