Şəhərlərarası avtobuslar saat 06:00-dan 20:00-dək işləyəcək

Şəhərlərarası avtobuslar saat 06:00-dan 20:00-dək işləyəcək

Azərbaycan ərazisində hərbi vəziyyətin elan olunması ilə əlaqədar şəhərlərarası avtobusların hərəkəti bu gündən etibarən saat 06:00-dan 20:00-dək təşkil ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, bu, həm regionlar, həm də Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslara aiddir. Səbəb isə ondan ibarətdir ki, ictimai nəqliyyat sürücülərinin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmaları üçün vaxt tələb olunur.

2020-09-28