Polkovnik Vaqif Dərgahlı: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib

Polkovnik Vaqif Dərgahlı: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib

Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmaqda davam edir.

Bunu AZƏRTAC-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib.

2020-09-29