Son saatlarda Ermənistan ordusunun daha səkkiz döyüş texnikası məhv edilib

Son saatlarda Ermənistan ordusunun daha səkkiz döyüş texnikası məhv edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son saatlarda düşmənin daha səkkiz döyüş texnikasının məhv edilməsi ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin “Uraqan” yaylım atəşli reaktiv sistemi, “OSA” zenit-raket kompleksi və üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd piyadanın döyüş maşını və iki ədəd D-20 haubitsa topu məhv edilib.

Nazirliyin mətbuat xidməti düşmənin döyüş texnikalarının sıradan çıxarılmasını əks etdirən görüntüləri paylaşıb.

2020-09-30