Müdafiə Nazirliyi: Düşmən yenidən Tərtər şəhərini artilleriya atəşinə tutur

Müdafiə Nazirliyi: Düşmən yenidən Tərtər şəhərini artilleriya atəşinə tutur

Oktyabrın 1-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 16 nəfər həlak olub, 55 nəfər isə bədən xəsarətləri alıb.

2020-10-01