Ermənistan ordusu Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini artilleriya atəşinə tutur

Ermənistan ordusu Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini artilleriya atəşinə tutur

Oktyabrın 1-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini artilleriya atəşinə tutur.

AZƏRTAC-ın cəbhə bölgəsindəki çəkiliş qrupu xəbər verir ki, mülki əhalini hədəfə alan düşmənin atdığı artilleriya atəşi nəticəsində sakinlər arasında ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, Aşağı Ağcakənd qəsəbəsinə atılan düşmən mərmilərdən biri ərazidə çəkiliş aparan AZƏRTAC-ın müxbirlərinin yaxınlığında partlayıb. Müxbirlərimiz atəş altındakı ərazidən xəsarət almadan çıxa biliblər.

Azərbaycan Ordusunun bölmələri düşmənə sarsıdıcı zərbələr endirir.

2020-10-01