Düşmən yaşayış məntəqələrimizi yenidən artilleriya atəşinə tutur

Düşmən yaşayış məntəqələrimizi yenidən artilleriya atəşinə tutur

Ermənistan silahlı qüvvələri yenidən Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə məruz qalıb.

 

2020-10-01