ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti martın 4-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Daha sonra nümayəndə heyəti Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini yad ediblər.

2019-03-04