Rusiya və Belarus prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər

Rusiya və Belarus prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı bir sıra beynəlxalq məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Dövlət başçıları COVID-19 infeksiyasının yayılması, iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpa edilməsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

2020-10-02