Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib
![Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib](/uploads/news/5f78760615944.jpg)
Azərbaycan Ordusunun qətiyyətli zərbələri qarşısında duruş gətirə bilməyən düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, qəhrəman hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir neçə - ondan çox texnikasını, o cümlədən “URAL” markalı hərbi maşınlarını qənimət olaraq ələ keçirib. Avtomobillərin içərisində Ermənistan ordusuna məxsus silah-sursat, geyimlər, əsgər ləvazimatları və s. aşkarlanıb. Hərbi texnikalar çox istifadəyə yararlıdır.
Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.
2020-10-02