“Əl-Arabi” telekanalı: Ermənistan ordusu yaşayış məntəqələrini artilleriya atəşinə tutur

“Əl-Arabi” telekanalı: Ermənistan ordusu yaşayış məntəqələrini artilleriya atəşinə tutur

Ermənistan ordusunun Tərtər rayonunda yaşayış məntəqələrini və mülki insanları artilleriya atəşinə tutması ilə bağlı daha bir reportaj “Əl-Arabi” telekanalı tərəfindən yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda Ermənistan silahlı qüvvələrinin mülki obyektləri və insanları hədəfə alması nəticəsində itkilər faktlarla tamaşaçıların diqqətinə çatdırılıb.

Cəbhədə döyüşlərin davam etdiyi bildirilən reportajda Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına da yer verilib. Bildirilib ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Türkiyə bu sahədə bütün səyləri dəstəkləyəcək. Azərbaycan öz ərazisində terrorla mübarizə aparır.

Reportajda, həmçinin Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Azərbaycan Ordusunun irəlilədiyi, insanlar arasında, orduda ruh yüksəkliyinin olduğu bildirilir. Vurğulanır ki, Azərbaycan Ordusu işğal altındakı torpaqları geri qaytarmağa tam hazırdır.

2020-10-03