İtaliya mətbuatında Azərbaycanın qaz tədarükündən bəhs olunub

İtaliya mətbuatında Azərbaycanın qaz tədarükündən bəhs olunub

İtaliyanın “Agenzia Nova” xəbər saytında “Azərbaycan Gürcüstana təbii qazın tədarükünü 11 faiz artıra bilər” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Dövlət Neft Şirkətinin məlumatlarına istinad olunur.

Yazıda “SOCAR Georgia Gas” ASC Gürcüstana ilin əvvəlindən təxminən 500 milyon kubmetr təbii qaz idxal etdiyi bildirilib. Qeyd edilib ki, şirkət 2019-cu ilin sonunadək daha 1,26 milyard kubmetr qazın Gürcüstana bilavasitə verilməsini planlaşdırır.

Məqalədə şirkətin verdiyi məlumata əsasən bildirilir ki, Azərbaycandan Gürcüstana qaz tədarükü ümumilikdə bu il 2,45 milyard kubmetrdən çox qaz təşkil edə bilər ki, bu göstərici də ötən illə müqayisədə 11 faiz çoxdur.

2019-03-05