Hikmət Hacıyev: Ermənistanın xaincəsinə mülki əhalimizi atəşə tutması onun Azərbaycan Ordusu qarşısında aciz qalmasının göstəricisidir

Hikmət Hacıyev: Ermənistanın xaincəsinə mülki əhalimizi atəşə tutması onun Azərbaycan Ordusu qarşısında aciz qalmasının göstəricisidir

Azərbaycanın mülki əhalisinin və mülki obyektlərinin Ermənistan tərəfindən atəşə tutulması müharibə cinayətidir. Ermənistan tərəfi əslində bununla öz acizliyini və zəifliyini göstərir. Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan xaincəsinə mülki əhalini atəşə tutur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistanın məqsədi münaqişənin miqyasını genişləndirmək və digər beynəlxalq təşkilatları da münaqişəyə cəlb etməkdir. Azərbaycan legitim hərbi hədəflərə yönəlməklə ermənilərə adekvat cavab verir və onların hərbi obyektləri ordumuzun dəqiq atəşləri ilə məhv edilir.

Hikmət Hacıyev qeyd edib ki, ermənilər xarici jurnalistləri yığaraq şou düzəldirlər, dünyaya yalan məlumatlar verməyə çalışırlar.

Prezidentin köməkçisi onu da vurğulayıb ki, ermənilər mülki əhalini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan xalqının əzmi yüksəkdir və hər kəs Azərbaycanın Ali Baş Komandanı ətrafında sıx birləşib. Azərbaycan torpaqları işğaldan azad edilənə qədər biz mübarizəmizi davam etdirəcəyik.

2020-10-04