Müdafiə Nazirliyi: Düşmən Mingəçevir və Tərtəri atəşə tutub
![Müdafiə Nazirliyi: Düşmən Mingəçevir və Tərtəri atəşə tutub](/uploads/news/5f7b11f54d2ff.jpg)
Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Ordusu ilə döyüşlərdə sarsıdıcı zərbələr alaraq geri çəkilən düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.
2020-10-04