Hikmət Hacıyev: Ermənistan Xızı və Abşeron istiqamətində raket atıb

Hikmət Hacıyev: Ermənistan Xızı və Abşeron istiqamətində raket atıb

Ermənistan silahlı qüvvələri Xızı rayonu ərazisinə raket zərbələri endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atılıb.

 

2020-10-04