Milli Məclisdə Madagiz kəndinin Suqovuşan adlandırılması ilə bağlı qanun layihəsi qəbul edilib

Milli Məclisdə Madagiz kəndinin Suqovuşan adlandırılması ilə bağlı qanun layihəsi qəbul edilib

Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi bundan sonra Suqovuşan adlandırılacaq.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında “Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

2020-10-06