Ermənistan ordusunun tankları öz artilleriya bölmələrinin atəşinə məruz qalıb

Ermənistan ordusunun tankları öz artilleriya bölmələrinin atəşinə məruz qalıb

Məlum olduğu kimi, düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndidən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin zirehli texnika kolonu ön xətt bölmələrinə çatmadan öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, alınan məlumatlara görə, “dəqiq” zərbə ilə bir tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.

2020-10-07