Prezident İlham Əliyev Daxili Qoşunların hərbi qulluqçularının bir qrupunu təltif edib

Prezident İlham Əliyev Daxili Qoşunların hərbi qulluqçularının bir qrupunu təltif edib

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, iki nəfərə general-mayor ali hərbi rütbəsi verilib. Həmçinin iki nəfər (ölümlərindən sonra) “İgidliyə görə”, 14 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

2019-03-07