Ermənistana məxsus PUA məhv edilib
![Ermənistana məxsus PUA məhv edilib](/uploads/news/5f7eb5ff40b70.jpg)
Oktyabrın 7-si saat 22.00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.
AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.
2020-10-07