Cəbhənin müxtəlif istiqamətlərində düşmənə ciddi zərbələr vurulub

Cəbhənin müxtəlif istiqamətlərində düşmənə ciddi zərbələr vurulub

Oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

2020-10-07