Müdafiə Nazirliyi: Ermənistan ordusu yaşayış məntəqələrimizi atəşə tutur
![Müdafiə Nazirliyi: Ermənistan ordusu yaşayış məntəqələrimizi atəşə tutur](/uploads/news/5f801ed2a462b.jpg)
Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusu düşmənə qarşı adekvat tədbirlər görür.
Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun qətiyyətli və sarsıdıcı zərbələri nəticəsində geri çəkilən və bölmələrimizlə qarşılaşmağa cürət etməyən düşmən yaşayış məntəqələrimizi atəşə tutur.
2020-10-09