ABŞ Azərbaycanlıları Şəbəkəsi Ermənistanın Azərbaycana təcavüzü barədə Konqresi məlumatlandırma kampaniyasını davam etdirir

ABŞ Azərbaycanlıları Şəbəkəsi Ermənistanın Azərbaycana təcavüzü barədə Konqresi məlumatlandırma kampaniyasını davam etdirir

ABŞ Konqresinin üzvlərinə Ermənistanın Azərbaycana təcavüzü, bölgənin təhlükəsizliyinə təhdid barədə məlumat vermək üçün geniş miqyaslı kampaniya davam edir və 1165 saylı Qətnamə qəbul edərək erməni lobbisinin Azərbaycan və Türkiyəni nüfuzdan salmaq cəhdinin qarşısını almağa çağırırlar.

AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də Qətnamə ABŞ Konqresinin Nümayəndələr Palatasına Konqresin erməni mənşəli üzvü Ceki Spiyer tərəfindən təqdim edilib. Ona əsasən erməni icmalarının kompakt yaşadıqları dairələrdən 40 konqres üzvü qoşulub. Sənəd əvvəlcə təyin olunmamış bir müddətdə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin nümayəndələri tərəfindən nəzərdən keçiriləcək.

2020-10-09