Hikmət Hacıyev: Ermənistan humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir

Hikmət Hacıyev: Ermənistan humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir. Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Minsk qrupunun həmsədrliyi və digər vasitəçilərin iştirakı ilə müvəqqəti atəşkəslə bağlı qəbul edilmiş bəyanatdan sonra da təmas xətti boyunca ermənilərin Azərbaycan silahlı Qüvvələrinin mövqelərinə və mülki azərbaycanlılarına qarşı hücumları davam etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında bildirib.

Prezidentin köməkçisi deyib: “Bu, açıq şəkildə onu göstərir ki, Ermənistan tam şəkildə riyakar siyasət həyata keçirməkdədir və humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir”.

2020-10-10