Müdafiə Nazirliyinin adına saxta instaqram hesabları açılıb

Müdafiə Nazirliyinin adına saxta instaqram hesabları açılıb

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta instaqram hesabları açılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən məlumat verilib.

“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profillərə istinad etməməyə və aşağıdakı saxta hesabların bağlanılması üçün şikayət etməyə çağırırıq.

https://www.instagram.com/p/ByzdKPXgni4

https://www.instagram.com/mudafie_nazirliyi

https://www.instagram.com/mudafienazirliyiresmi

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi instaqram hesabı bu linkdədir: https://www.instagram.com/azerbaijan_mod”, - deyə, məlumatda qeyd olunub.

2020-10-10