“EU Politics”: Gəncə Ermənistan tərəfindən raket hücumuna məruz qalıb, mülki şəxslər həlak olub
“EU Politics” nəşri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin yaşayış məhəllələrinin atəşə tutulması barədə yazıb.
AZƏRTAC xəbər verir ki, nəşr Azərbaycan Prezidenti İlham Əliyevin atəşkəs əldə olunan vaxtda törədilən bu cinayətin müharibə cinayəti kateqoriyasına aid olduğu və indi bu hücumun nəticələrinə görə bütün siyasi və mənəvi məsuliyyəti Ermənistanın daşıması barədə sözlərini sitat gətirib.
Nəşrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın törətdiyi hərəkətlərin terror xarakteri daşıması barədə dediyi sözlər də verilib.
Materialda, həmçinin cinayət yerindən çəkilmiş fotolar da yer alıb.
2020-10-12

