Azərbaycan əsgəri yeni tarix yazır
![Azərbaycan əsgəri yeni tarix yazır](/uploads/news/5f86d40b656bc.jpg)
Azərbaycan əsgəri yeni tarix yazır. Şəkli təqdim olunan igidimiz əsgər Hünər Məmmədovdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, adı kimi özü də hünər və rəşadət örnəyi olan igid əsgərimiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə düşmənin 7 tankını, 1 PDM-ni, silah-sursat dolu 1 avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!
2020-10-13