Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta “Teleqram” kanalı və “Instagram” hesabı açılıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta “Teleqram” kanalı və “Instagram” hesabı açılıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta “Teleqram” kanalı və “Instagram” hesabı açılıb.

Bununla əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib: “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Teleqram” kanalı və “Instagram” hesabı bu linklərdədir: https://t.me/Azerbaijan_MOD, https://www.instagram.com/azerbaijan_mod.

2020-10-13