Azərbaycanda koronavirus infeksiyasına 369 yoluxma faktı qeydə alınıb, daha 102 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına 369 yoluxma faktı qeydə alınıb, daha 102 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, daha 102 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 42 min 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib. Aktiv xəstə sayı 2564 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 193 min 870 test aparılıb. Bugünkü test sayı isə 6734-dür.

2020-10-14