Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb
![Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb](/uploads/news/5c88e5b518bf6.jpg)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.
2019-03-13