ABŞ-dakı Azərbaycan icmasının üzvləri Ermənistanın təcavüzkarlığına etiraz, ordumuza dəstək aksiyası keçiriblər

ABŞ-dakı Azərbaycan icmasının üzvləri Ermənistanın təcavüzkarlığına etiraz, ordumuza dəstək aksiyası keçiriblər

Oktyabrın 14-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin “Black Lives Matter” meydanında ABŞ-ın Azərbaycan icmasının üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər. Ağ Evin qarşısında yerləşən meydana ABŞ-ın müxtəlif şəhərlərindən gələn həmyerlilərimiz toplaşıblar.

Aksiya zamanı icma üzvləri Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, amerikalılara Azərbaycan həqiqətlərini çatdırıblar.

Aksiya iştirakçıları işğal altında olan torpaqların “mübahisəli” deyil, beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpaqları olduğunu qeyd ediblər.

Aksiya zamanı, həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat verilib. Qeyd olunub ki, nəticədə 10 mülki şəxs və onlarla insan yaralanıb.

Eyni zamanda, azərbaycanlı icma üzvləri İsrail, Pakistan, Türkiyə və Ukraynanın bayraqlarını qaldıraraq bu ölkələrə Azərbaycanı dəstəkləməsinə görə təşəkkürlərini bildiriblər.

Aksiyadan sonra həmyerlilərimiz avtomobillərlə Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında toplaşıb rəsmi Yerevana etirazlarını bildiriblər.

Sonda onlar Türkiyə Respublikasının ABŞ-dakı səfirliyinin qarşısında toplaşıblar. Türkiyə səfirliyinin nümayəndəsi həmyerlilərimizə təşəkkür edib və hər zaman yanımızda olduqlarını bildirib.

2020-10-15