Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə və Mingəçevir şəhərlərini atəşə tutublar

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə və Mingəçevir şəhərlərini atəşə tutublar

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə və Mingəçevir şəhərlərini atəşə tutublar.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Tvitter “hesabında deyib.

O bildirib ki, humanitar atəşkəsin arxasında gizlənən Ermənistan silahlı qüvvələri terror və hərbi cinayətlərini davam etdirir. Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Dağıntı və tələfat dəqiqləşdirilir.

2020-10-17