Hikmət Hacıyev: Gəncədə 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub
![Hikmət Hacıyev: Gəncədə 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub](/uploads/news/5f8d612db9444.jpg)
Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
“Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir”, - deyə o qeyd edib.
2020-10-17