Azərbaycanın Moskvadakı səfirliyinin qarşısında Gəncə qurbanlarının xatirəsinə həsr edilmiş aksiya keçirilir

Azərbaycanın Moskvadakı səfirliyinin qarşısında Gəncə qurbanlarının xatirəsinə həsr edilmiş aksiya keçirilir

Azərbaycanın Moskvadakı səfirliyi qarşısında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olanların xatirəsinə həsr edilmiş aksiya keçirilir.

AZƏRTAC xəbər verir ki, Moskvanın Azərbaycan diasporunun üzvləri və paytaxt sakinləri ölkəmizin Rusiya Federasiyasındakı səfirliyi qarşısına gələrək oraya güllər və oyuncaqlar düzürlər.

Oktyabrın 17-də düşmənin silahlı qüvvələri tərəfindən Gəncənin mərkəzi hissəsindəki yaşayış məhəllələrinə endirilən raket zərbəsi nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

2020-10-18